AZ

178 milyard dollarlıq KƏŞF: Tükənməz enerji mənbəyi TAPILDI

Belə ehtiyatlar ölkənin 60 min il ərzində enerji ehtiyacını ödəyə bilər

Çin alimləri nəhəng torium yataqları aşkar ediblər.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu kəşf sayəsində Çin Xalq Respublikası elektrik enerjisi istehsalında ciddi irəliləyiş əldə edə bilər. 

Yataq Daxili Monqolustanda Bayan-Obo mədən kompleksində aşkar edilib. "Farmingdale Observer"in məlumatına görə, burada təxminən bir milyon ton torium – alternativ nüvə yanacağı tapılıb. Mütəxəssislərin fikrincə, bu miqdar Çin üçün min il enerji təminatı deməkdir. 

“Çinin Bayan-Obo mədən kompleksində aşkarlanan torium ehtiyatları ölkənin enerji sahəsində oyun qaydalarını dəyişə biləcək gücdədir və enerji mənzərəsini köklü şəkildə dəyişə bilər. Alimlərin hesablamalarına görə, bu kəşf Çinin enerji tələbatını nəzəri olaraq 60 min il ərzində qarşılayacaq qədər yanacaq potensialına malikdir. Bu təsiredici zaman aralığı bir çox enerji analitiklərini bu resursu demək olar ki, tükənməz adlandırmağa vadar edib”, – deyə məlumatda bildirilir.

Torium yatağının dəyəri təxminən 178 milyard dollar olaraq qiymətləndirilsə də, onun əsl dəyəri enerji potensialındadır. Ənənəvi nüvə reaktorlarında istifadə edilən uranla müqayisədə toriumun nüvə yanacağı kimi bir neçə üstünlüyü var. Xüsusilə, bu element təbii şəraitdə parçalanmasa da, onu uran-232-yə çevirmək mümkündür.

İqbal RZAYEV,
Musavat.com

Seçilən
97
28
musavat.com

10Mənbələr