PSJ-nin qapıçısı Canluici Donnarumma klubdakı gələcəyi haqda danışıb.
Futbolpress.az xəbər verir ki, o, insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:
“Prioritetim PSJ-də qalmaqdır. Düşünmürəm ki, klub da buna qarşı ola”.
Donnarumma başa çatan mövsümdə Paris klubu ilə Çempionlar Liqasını qazanıb. Qolkiperin adı İtaliya klubları ilə hallanır.