AZ

Ekvador beşinci dəfə dünya çempionatında iştirak edəcək

Ekvador millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru ilə qarşılaşıb (0:0) və final mərhələsinə vəsiqəni təmin edib.

Operativ Media xəbər verir ki, ekvadorlular 5-ci dəfə mundialda çıxış edəcəklər.

Ekvadorun 25 xalı var və turnir cədvəlində 2-ci yerdədir. Seçimin bitməsinə 2 tur qalmış Ekvador yığması 7-ci yerdə olan Venesuelanı 7 xal qabaqlayır.

2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada iyunun 11-dən iyulun 19-dək keçiriləcək.Tarixdə ilk dəfə olaraq final turnirində 48 komanda mübarizə aparacaq.

Seçilən
38
operativmedia.az

1Mənbələr