AZ

ABŞ və Çin bəzi ixrac məhdudiyyətlərini aradan qaldırmaq planı barədə razılığa gəliblər

Londonda keçirilən danışıqlarda ABŞ və Çin nümayəndələri ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin qismən aradan qaldırılması və nadir torpaq metallarının Çindən tədarükünün təmin edilməsinə dair sazişlərin həyata keçirilməsi planı ilə bağlı razılığa gəliblər.

Operativ Media xəbər verir ki, bu barədə iyunun 10-da jurnalistlərə ABŞ-nin ticarət naziri Hovard Lutnik məlumat verib.

O, mayın 10–11-də Cenevrədə əldə olunmuş qarşılıqlı rüsumların qismən azaldılmasına dair razılaşmalara toxunaraq qeyd edib ki, “Biz Cenevrə konsensusunun həyata keçirilməsi üzrə çərçivə razılaşmaları əldə etmişik”.

Lutnikin məlumatına görə, tərəflərin razılaşdırdığı plan ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpinə təsdiq üçün təqdim olunacaq.

Seçilən
53
operativmedia.az

1Mənbələr