"Nərimanov" rayonu, "Olimpik Star" idman kompleksinin yaxınlığında yerləşən gözəllik salonu satışa çıxarılıb.
Valyuta.az xəbər verir ki, obyektin satış qiyməti 295 000 manat təşkil edir.
Ümumi sahəsi 55 kvadratmetr olan obyekt yeni təmir olunub. Təmir işləri türkiyəli dizaynerlər və memarlar tərəfindən həyata keçirilib.
Salonda istifadə olunan bütün mebellər "Türkiyə" istehsalıdır. Müasir standartlara cavab verən obyektin hər cür şəraiti mövcuddur. Obyekt uzun illərdir ki, gözəllik salonu kimi fəaliyyət göstərir və hazırda da bu sahədə istifadəyə tam uyğundur.
Maraqlanan şəxslər (055) 647 68 45 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, ofis xidmət haqqı 1 faizdir.
Mayya Hüseynova