Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, qəza şəhərin “Daş Körpü” adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub.
Nəticədə 1970-ci il təvəllüdlü A.Bədəlov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.