AZ

Rumıniya Prezidentindən ŞOK TƏKLİF

Mayın 26-da vəzifəsinin icrasına başlayan Rumıniya Prezidenti Nikuzor Dan Moldovaya səfər edib.

Publika.az xəbər verir ki, o, kişinyovda iki qonşu dövlətin birləşməsi mövzusunu xatırladıb.

Dan Kişinyova səfəri zamanı “Moldova-1” televiziya və radio şirkətinə və hakim Fəaliyyət və Həmrəylik Partiyasına (PSD) yaxın bir neçə özəl televiziya kanalına müsahibə verib.

“Bizdə Buxarestdə 2018-ci ildən parlamentin qərarı var. Həmin qərara əsasən, Moldova Respublikası bu məsələyə hazır olduğu anda, Rumıniya da hazır olacaq. Mən hesab edirəm ki, siyasi qüvvələr arasında bu məsələdə konsensus mövcuddur – biz bu birliyə açığıq”, - deyə Dan, Rumıniya ilə Moldovanın birləşməsini dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Eyni zamanda, Dan Buxarestin Moldova Respublikasının ayrıca dövlətinin suverenliyinə qəsd etməyəcəyinə söz verib. O, Moldovanın suverenliyinə hörmət etdiyini vurğulayıb.

Seçilən
29
publika.az

1Mənbələr