Braziliya milli komandası Paraqvayı məğlub edərək Dünya Kubokuna vəsiqəni təmin edib.
Offsideplus.az xəbər verir ki, Karlo Ançelottinin baş məşqçiliyi altında ilk oyunda Braziliya qələbə qazanıb, qol müəllifi isə Vinisius Junior olub. "Sambaçılar" 1930-cu ildən bəri dünya çempionatında iştirak edən yeganə komandadır.
Bundan əlavə, Ekvador da adını Dünya Kubokunda iştirakçılar siyahısına yazıb.
Qeyd edək ki, daha öncə 11 komanda DÇ-2026-ya vəsiqə qazanmışdır. Bu ölkələr turnirə ev sahibliyi edəcək ABŞ, Meksika və Kanadadır, digər kollektivlər isə Yaponiya, Yeni Zelandiya, İran və Argentina, Özbəkistan, İordaniya, Cənubi Koreya və Avstraliyadır.