AZ

Tramp Rusiyanın neft alıcılarına qarşı sanksiyaları ləngidir


Tramp administrasiyası Ukrayna məsələsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərməmək üçün Rusiyadan neftalan ölkələrə 500 faizlik sanksiyalar tətbiq edən qanun layihəsinin icrasını ləngidir. ABŞ senatorları tərəfindən hazırlanmış sənəd Konqresdə əhəmiyyətli dəstək alsa da, Ağ Ev, sanksiyaların yumşaldılması üçün fəal lobbiçilik edir. Trampın Rusiya ilə Ukrayna arasındakı münaqişəni “uşaq davası” ilə müqayisə edən bəyanatları isə sərt tədbirlərin qəbuluna ümid edən qanunvericilərin narahatlığına səbəb olub. Belə ki, Cənubi Karolina ştatının senatoru Lindsi Qrem və Senatda Respublikaçıların əksəriyyətinin lideri Con Tun tərəfindən irəli sürülən qanun layihəsi 2025-ci ilin iyun ayının əvvəlində konqresə təqdim edilib.

Layihənin məqsədi neft və qaz ixracından əldə etdiyi gəlirləri məhdudlaşdırmaqla Rusiyaya iqtisadi zərbə vurmaqdır.Qanun layihəsi Hindistan, Çin və Türkiyə də daxil olmaqla, Moskva ilə enerji resursları ticarətini davam etdirən ölkələr üçün alışın 500%-i məbləğində cərimələrin tətbiqini nəzərdə tutur. Qremin fikrincə, bu tədbir Rusiyanı Ukrayna ilə bağlı danışıqlara məcbur etmək üçün bir rıçaq ola bilər. Bununla belə, Tramp iyunun 5-də bu təşəbbüsü şərh edərkən onu “həddindən artıq sərt” adlandırıb və sənədi hələ öyrənmədiyini və “vaxtında” hərəkətə keçməyə üstünlük verdiyini bildirib.

Surxay Əliyev

Seçilən
7
baki-xeber.com

1Mənbələr