"Son iki gündə Çin və ABŞ arasında rasional, peşəkar, səmimi və dərin təmaslar aparılıb və problemlərin həllində irəliləyiş əldə olunub".
Operativ Media xəbər verir ki, bu barədə Çinin Beynəlxalq Ticarət Nümayəndəsi Li Çinqanq açıqlamasında bildirib
Li Çinqanq qeyd edib: "Biz ümid edirik ki, London görüşündə əldə olunan irəliləyiş Çin və ABŞ arasında etimadın möhkəmlənməsinə və iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sağlam və sabit inkişafına töhfə verəcək".
Li danışıqlarda hansı irəliləyişlərin əldə edildiyi barədə ətraflı məlumat verməsə də, tərəflərin ölkə liderləri tərəfindən təsdiqləndikdən sonra sazişin məzmununu açıqlaması gözlənilir.