AZ

II Qaregin Ermənistan Baş nazirinin ittihamlarına cavab verdi

BAKI, 11 iyun. TELEQRAF

Bütün ermənilərin katolikosu II Qaregin Ermənistan Baş naziri Nikol Paşinyanın onu subaylıq andını pozmaq və övlad sahibi olmaq ittihamlarına cavab verib.

Teleqraf xəbər verir ki, o, bu barədə tərəfdarları ilə söhbətində bildirib.

N.Paşinyanın onun subaylıq andına əməl etməməsi ilə bağlı açıqlamalarına toxunan II Qaregin deyib:

“Bilirəm ki, siz baş nazirin son günlər kilsə və din adamlarına qarşı verdiyi bəyanatlarla bağlı qəzəbinizi bildirməyə gəlmisiniz. Bizə məlumdur ki, bu bəyanatlar bütün dünyada, xalqımızın övladları arasında hiddətə səbəb olub”.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qregini subaylıq andını pozmaqda ittiham edib. Paşinyanın sözlərinə görə, subaylıq andını pozaraq övlad sahibi olan Qaregin artıq Erməni Apostol Kilsəsinin rəhbəri ola bilməz.

Ermənistan hökumətinin başçısı Erməni Apostol Kilsəsinə yeni katolikosun seçilməsi üçün seçkilərə və koordinasiya qrupunun yaradılmasına çağırıb.

Seçilən
17
teleqraf.com

1Mənbələr