ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinin meri Karen Bass mühacirləri hədəf alan həbs dalğasından sonra etirazların davam etdiyi şəhərin mərkəzində komendant saatı elan edib.
News24.az xəbər verir ki, Bass açıqlamasında bölgədə "yerli fövqəladə vəziyyət" və "komendant saatı" elan etdiyini söyləyib.
Komendant saatının yerli vaxtla 20:00-da başlayacaq, 06:00-a qədər davam edəcəyi və şəhər mərkəzində təxminən 2 kilometrlik ərazidə qüvvədə olacağı öyrənilib.
Bələdiyyə sədri Karen Bass sosial media hesabında komendant saatını pozan insanların həbs ediləcəyini də qeyd edib.
Günel Məlikzadə