AZ

İsrail İordan çayının qərb sahilindəki məscidi sökəcək

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Cəlazun qaçqın düşərgəsinə hücum zamanı 5 ev və bir məscidi sökəcəyini açıqlayıb.

Herbiand.az xəbər verir ki, Ramallahın şimalında yerləşən Cəlazun qaçqın düşərgəsinin Xalq Komitəsinin sədri Mahmud Mübarək basqının təfərrüatları barədə “Anadolu” agentliyinə danışıb.

“İsrail əsgərləri düşərgəyə basqın edərək beş evin və bir məscidin sökülməsi barədə bildirişlər asıblar”.

Fələstin rəsmisi əlavə edib ki, söküntü qərarları 1995-ci ildə Fələstin Azadlıq Təşkilatı (FAT) ilə İsrail arasında imzalanmış İkinci Oslo Razılaşmasına əsasən C kateqoriyasına aid edilən ərazilərdə “lisenziyasız tikinti” aparıldığına görə verilib.

Seçilən
47
herbiand.az

1Mənbələr