AZ

Bakıda üçotaqlı ev yanaraq külə dönübVİDEO

İyunun 9-da Bakının Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evlərdə yanğın baş verib. Sakinlərin iddiasına görə, dəmir yolunun ətrafındakı otlar yandırılıb, yanğın evlərə də keçib. Xezerxeber.az-ın məlumatına görə, evi yanan şəxslər iddia edirlər ki, yanğın nəticəsində bir ev tamamilə külə dönüb, qonşuluqdakı digər ev isə qismən zərər görüb. Zərərçəkənlər iddia edirlər ki, yanğına səbəb yaxınlıqdakı dəmir yolu kənarındakı quru otların yandırılmasıdır.

Şikayətçilər deyirlər ki, yanan evdən heç bir əşya çıxarmaq mümkün olmayıb. Hətta sənədlər də yanıb.

Sakinlərin iddiası ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC-dən "Xəzər Xəbər"ə bildirildi ki, dəmir yollarının ətrafındakı quru otlar yandırılaraq yox, biçilərək təmizlənir. Ümumilikdə isə, ötən gün 3 oxşar hadisə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, Nizami rayonunda ümumi sahəsi 80 m² olan üçotaqlı evinin yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə, 1 hektar sahədə quru ot, gücü 0,4 kVt olan transformatorun giriş-çıxış kabelləri yanıb. Evin qalan hissəsi, bitişik evlər, transformator, dəmir yol xətti və ərazidə dayanan vaqonlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
34
xezerxeber.az

1Mənbələr