AZ

Azərbaycan Özbəkistanla birgə investisiya forumu keçirəcək

Bakı. Trend:

Azərbaycan iyunun 27-28-də Özbəkistanla iqtisadi əməkdaşlığındərinləşdirilməsi məqsədilə investisiya forumu keçirməyiplanlaşdırır.

Trend-inməlumatına görə, bunu Azərbaycan Respublikasının İxracın vəİnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoruYusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda"Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panelsessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, investisiyaların cəlb edilməsi Azərbaycanınəsas prioritetlərindən biri olaraq qalır.

Abdullayev səmərəli əməkdaşlığa görə Özbəkistanın İnvestisiya,Ticarət və İnfrastrukturun İnkişafı Nazirliyinə təşəkkürünübildirib:

"Nazirlə hər zaman konstruktiv dialoq aparılır. Yol xəritəsi30-dan çox birgə layihəni əhatə edir".

O, elektron ticarət və tikinti kimi sahələrdə fəal əməkdaşlığıninkişaf etdiyini vurğulayıb.

"Azərbaycan üçün işğaldan azad edilmiş ərazilərin bərpası çoxvacibdir. Özbəkistanın ən fəal şirkət qruplarından biri tekstilklasterlərinin yaradılması üçün yaşayış komplekslərinin tikintisiilə bağlı ciddi danışıqlar aparır", - Abdullayev bildirib.

Aqrar sahədə artıq konkret nəticələr var: "Pambıq klasterilayihəsi çərçivəsində 2 min hektar sahədə əkin aparmışıq və burəqəmi 6 min hektara çatdırmağı planlaşdırırıq. Bu mövsüm daha birneçə hektar sahə hazırlanıb və artıq ilk məhsulu gözləyirik", - oqeyd edib.

Sənaye kooperasiyasına da xüsusi diqqət yetirilir.

"İnfrastruktur və avtomobil sənayesi sahəsində ənənəviəməkdaşlıq davam edir. Hazırda yığma zavodu fəaliyyət göstərir,burada artıq 9 min "Chevrolet" avtomobili istehsal edilib. Bu,"Made in Azerbaijan" və "Made in Uzbekistan" brendlərinigücləndirir", - Abdullayev vurğulayıb.

Şəhərsalma sahəsində o, Bakıda yeni layihənin həyata keçirilməsiperspektivlərini qeyd edib. “İyunun 4-5-də nümayəndə heyəti “Ağşəhər” ərazisinə səfər edib və biz əminik ki, layihə yaxınvaxtlarda həyata keçiriləcək”.

Abdullayev sonda iki ölkə arasında ticarət əlaqələrinin dinamikinkişafını qeyd edib.

“Biz ticarət missiyasının işini müzakirə etdik və onunfəaliyyətə başlamasının əməkdaşlığımıza əlavə təkan olacağınıgözləyirik”, - deyə o yekunlaşdırıb.

Seçilən
32
az.trend.az

1Mənbələr