AZ

Los Anceles etirazları ÜÇ SUALDA

Yazını böyüt
Yazını kiçilt

İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni mühacirlərə dəstək məqsədilə Kaliforniyanın Los-Anceles şəhərində keçirilən nümayişlər həm ABŞ-da, həm də dünyada aktual mövzuya çevrilib.

Hafta.az-ın yazdığına görə, Donald Tramp administrasiyasının sərt bəyanatları ilə yanaşı, radikal tədbirlər də görür. Bir neçə gün əvvəl saxlanılan bəzi mühacirlərin sürətlə deportasiya edildiyi bildirilir.

Cümə günü başlayan nümayişlərin şiddəti Dəniz Piyadaları və Milli Qvardiyanın bölgəyə yeridilməsi kimi hərəkətlərdən sonra artıb.

Kaliforniya qubernatoru Gavin Neusom ABŞ prezidentinə müqavimət göstərməyə çalışarkən Nyu York, Filadelfiya və Ostin kimi digər şəhərlərdə də nümayişlər keçirilib.

Həftə sonu baş verən hadisələrdə 150-yə yaxın adam saxlanılıb.

Etirazlar necə böyüdü?

Cümə günü, şəhərin tekstil rayonunda qeyri-qanuni immiqrantları axtaran federal səlahiyyətlilər təxminən 40 nəfəri saxlayıblar. Buna etiraz olaraq şüar səsləndirən, yumurta atan etirazçılara bibər qazı və rezin güllələrlə müdaxilə edilib.

Ertəsi gün latinoların və fəhlələrin yaşadığı Paramount rayonunda, eləcə də Los-Ancelesin mərkəzində nümayişlər keçirilib.

Təhlükəsizlik qüvvələri etirazçıları saxlamaq üçün səs-küylü qumbaraatanlardan və bibər qazından istifadə edib və bu, reaksiyanı artırıb.

Kaliforniya qubernatoru Neusom və Los-Anceles meri Karen Bassın etirazlarına baxmayaraq, Tramp şənbə günü Milli Qvardiyanın 2 min əsgərinə etirazlara müdaxilə etmək səlahiyyəti verib və bu, dünyanın diqqətini bölgəyə cəlb edib.

Bazar günü dinc etirazlar keçirilərkən polisə fişəng gülləsi atılıb, sürücüsüz avtomobillər yandırılıb.

Bazar ertəsi Tramp təyin olunmuş mühafizəçilərin sayını 4 minə çatdırıb və onlara 700 dəniz piyadası əlavə edib.

Milli Qvardiyanın küçəyə çıxarılması normaldırmı?

Milli Qvardiya həm əyalət qubernatorları, həm də ABŞ prezidenti tərəfindən təyin oluna bilən yeganə hərbi hissədir. Lakin bu, bəzi istisnalarla həmişə qubernatorlar tərəfindən idarə olunur.

Milli Qvardiyaçıların əksəriyyətinin mülki həyatda başqa peşələri var. Onlar mütəmadi olaraq təlimə çağırılır və lazım olduqda tələn olunan məkana yerləşdirilir. Onlar ən çox qasırğa, daşqın və yanğın kimi fəlakətlərə cavab vermək üçün təyin edilirlər.

Milli Qvardiyanın ştat qubernatorunun tələbi olmadan çağırılması çox nadir haldır. Trampdan əvvəl Lindon B.Conson 1965-ci ildə Alabama ştatında insan haqları müdafiəçilərini qorumaq üçün Qvardiyanı yerləşdirərək oxşar addım atmışdı. Meksika və Qvatemala bayraqlarının dalğalandığı etiraz aksiyaları ilə bağlı açıqlama verən Meksika prezidenti Klaudia Şeynbaum, "Meksika xalqının təxribata uğramadan dinc qalmasını, şiddətdən çəkinməsini istəyirik" deyib.

Kim nə deyir?

Tramp “iğtişaşçı” adlandırdığı etirazçıların Milli Qvardiyanın üzünə tüpürməyə meyilli olduğunu iddia edib və bu açıqlamaları verib: “Tüpürsələr, vurarıq. Sizə söz verirəm ki, onlara əvvəlkindən daha çox zərbə vurulacaq. Belə hörmətsizliyə yol verilməyəcək”.

Sosial media platforması Truth Social hesabında etirazlarla bağlı açıqlamalar verən ABŞ prezidenti, "Bundan sonra aksiyalarda maska ​​taxmaq qadağan olunacaq. Bu insanlar nəyi gizlətməyə çalışırlar və niyə? Milli Qvardiya göndərmək üçün böyük bir qərar verdik. Bunu etməsəydik, Los Anceles tamamilə yerlə-yeksan olacaqdı" deyən Trampın sərhəd rəisi Tom Homan, Demokrat liderlərə baxmayaraq şəhərdə mühacir əleyhinə tətbiqlərin davam edəcəyini və Neusom da daxil olmaqla bu əməliyyatlara mane olan hər kəsin nəzarətə alına biləcəyini söyləyib.

Neusom Homana meydan oxuyanda Tramp "Tomun yerində olsaydım, onu saxlayardım. Bu, əla olardı" deyib. Kaliforniya qubernatoru Gavin Neusom Trampa reaksiya verərək, "Bu, təhlükəli Prezidentin eqosunu sığallamaqdır. Bu, ehtiyatsızlıqdır. Bu, mənasız və əsgərlərimizə hörmətsizlikdir" deyib və federal hökumətin Dəniz Piyadaları və Milli Qvardiya yerləşdirməsinə qarşı iddia qaldıracaqlarını açıqlayıb.

Los-Anceles əhalisinə müraciət edən Neusom, "Səsləriniz önəmlidir. Tramp Amerika torpağına 4 min əsgər göndərərək xaosu qızışdırmağa çalışır. Trampın xaosundan istifadə edən ağılsız təşviqatçılar cavab verəcəklər. Təhlükəsiz qalın. Sakit olun. Bir-birinizə diqqət edin" deyib.

Los-Anceles Bələdiyyə Başçısı Karen Bass, Tramp administrasiyasının cinayətkarları və həbs qərarı olanları tapmaq üçün hərəkətə keçəcəyini söyləyib, amma iş yerlərinə basqınların qəbuledilməz olduğunu bildirib: “Bizə deyilməyib ki, bu adamlar həbs olunacaq və bu, mənə elə gəlir ki, şəhərimiz əslində sınaq obyekti kimi istifadə olunur”.

BMT Baş katibi sözçünün müavini Fərhan Haq, şübhəsiz ki, bütün tərəflərin vəziyyətin gərginliyini azaltacağına ümid etdiklərini söyləyərək, "Biz bu vəziyyətin daha da hərbiləşməsini istəmirik və yerli, əyalət və federal səviyyələrdə tərəfləri bunun üçün işləməyə təşviq edirik" deyib.

Seçilən
59
hafta.az

1Mənbələr