Fələstinin Böyük Britaniyadakı Nümayəndəliyinin rəhbəri səfir Husam Zomlot Böyük Britaniyanın iki İsrail nazirinə Fələstin mülki vətəndaşlarına qarşı zorakılıq çağırışlarına görə sanksiya tətbiq etmək qərarını alqışlayıb.
Operativ Media xəbər verir ki, bu barədə "WAFA" məlumat yayıb.
Səfir qeyd edib: “Bu fərdi sanksiyalar irəliyə doğru atılmış mühüm addım olsa da, müharibə cinayətlərində ittiham olunan və Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı olan Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrail hökuməti məsuliyyətdən uzaqdır”.