AZ

PSJ Donnarummanı sata bilər

PSJ yay transfer pəncərəsində qapıçısı Canluici Donnarummanı sata bilər .

Operativ Media xəbər verir ki, bu barədə İtaliyanın "La Repubblica" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, tərəflər 26 yaşlı qolkiper üçün yeni müqavilə ilə bağlı razılığa gələ bilmirlər. İtalyanın parislilərlə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. Klub onun transferi üçün 40 milyon avro istəyir.

Daha əvvəl Donnarummanın xidmətində "Mançester Siti" və "Mançester Yunayted"in maraqlı olduğu bildirilirdi.

Ötən mövsüm qapıçı bütün turnirlərdə 40 oyun keçirib, 39 qol buraxıb və 12 oyunda qapısını toxunulmaz saxlayıb.

Seçilən
45
operativmedia.az

1Mənbələr