AZ

Paşinyan niyə geri addım atdı? - Serj Sarkisyanın ölkədən çıxmağına icazə verildi

Ermənistanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi keçmiş prezident Serj Sarkisyanın ölkədən çıxmamaqla bağlı öhdəliyini ləğv edərək onu böyük məbləğdə girovla əvəz edib.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Çıxmamaqla bağlı qərar 5 milyon dram (təxminən 1,3 milyon dollar) məbləğində girovla əvəz olunub.
 

Məhkəmə hakimi bildirib ki, Serj Sarkisyan girov məbləğini üç gün ərzində ödəməlidir.


Yeri gəlmişkən, bu il may ayında açılmış yeni cinayət işi üzrə Sarkisyan 2008-ci ilin fevralında 2,9 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

İş materiallarına görə, Sarkisyan köməkçisi ilə birlikdə (qeyri-rəsmi məlumata görə, bu şəxs sabiq prezidentin kürəkəni Mikael Minasyandır) Ermənistanda qeydiyyatdan keçmiş bir şirkətin 100% səhmlərinin xarici investora satışına mane olmamaq üçün rüşvət alıb.

Serj Sarkisyan eyni zamanda daha iki cinayət işində də fiqurantdır. Onlardan biri neft məhsulları idxal edən “Flash” şirkətinə himayədarlıq göstərilməsi, digəri isə İrəvanda yerləşən “Yerablur” hərbi panteonunun yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

Bizim.Media

Seçilən
32
1
bizim.media

2Mənbələr