
Böyük Britaniya Xarici İşlər Nazirliyi İsrail hökumətinin üzvləri milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə və maliyyə naziri Bezalel Smotriçə fələstinlilərə qarşı dəfələrlə zorakılıq çağırışlarına görə sanksiya tətbiq edib.
Yeniavaz.com “The Times” qəzetinə istinadla xəbər verir ki, bu barədə məlumat Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapıb.
Nəşrin məlumatına görə, sanksiyalar dərhal qüvvəyə minəcək. Bu sanksiyaya görə, siyasətçilərin Britaniya ərazisindəki aktivləri dondurulacaq, onların özlərinə isə Böyük Britaniyaya giriş qadağan ediləcək.
Bundan əlavə, Böyük Britaniyada yerləşən maliyyə institutlarına onlarla əməliyyatlar aparmaq qadağan ediləcək.