AZ

Braziliya DÇ-2026-ya vəsiqə qazandı

2026-cı il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsindən daha iki yığma mundiala vəsiqəni vaxtından əvvəl rəsmiləşdirib.

Publika.az xəbər verir ki, San-Pauluda keçirilən oyunda Braziliya millisi öz meydanında Paraqvay üzərində 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu 44-cü dəqiqədə “Real”ın hücumçusu Vinisius vurub.

Bu, baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında “sambaçılar”ın ilk qələbəsi olub. Qazandıqları bu 3 xalla braziliyalılar seçmə mərhələnin bitməsinə 2 tur qalmış dünya çempionatına vəsiqəni təmin ediblər.

Digər qarşılaşmada isə Ekvador millisi səfərdə Peru ilə qolsuz bərabərə qalıb – 0:0. Bu nəticə “sarı-göylər”ə də mundialın final mərhələsinə vəsiqə qazandırıb.

Seçilən
8
publika.az

1Mənbələr