AZ

Los Ancelesdə 378 etirazçı saxlanıldı

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Los-Ancelesdə həftəsonundan etibarən hər gün etiraz aksiyaları keçirilir. Bütün mitinqlər dinc şəkildə başa çatmayıb.

Bakupost.az “CNN”ə istinadən xəbər verir ki, etiraz aksiyalarında polis təxminən 378 nəfəri saxlayıb.

Son sutka ərzində, Los-Anceles polis rəisi Cim Makdonnellin sözlərinə görə, təxminən 200-ə yaxın qanun pozucusu həbs olunub. O bildirib ki, son aksiyalar xüsusilə gərgin keçib.

“Magistral yolları, şəhər küçələrini və çıxışlarını bağlamaq, qanuni tələblərə tabe olmayaraq ərazini tərk etməkdən imtina edilməsi və ictimai təhlükəsizlik xidmətlərinin işinə müdaxilə qanunsuz, təhlükəlidir və buna icazə verilməyəcəkdir,” - deyə Cim Makdonnell nümunələr göstərib.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, mitinqlər artıq Texas ştatına da yayılıb. Etirazçılar Ostin şəhərində də görüntülənib.Polis artıq on nəfərdən çox şəxsi saxlayıb.

Lalə,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
www.bakupost.az

1Mənbələr