AZ

2025-ci ildə ata olan MƏŞHUR KİŞİLƏR

Yazını böyüt
Yazını kiçilt

Yeni həyatın başlanğıcı həmişə sevincli hadisədir, xüsusən də məşhur insanların həyatında baş verəndə. 2025-ci ildə bir neçə məşhur aktyor ilk dəfə ata olmaq və ya yenidən uşaq sahibi olmaq şansı qazanıb. Bəziləri bu sevindirici xəbəri bütün dünyaya çatdırıb, bəziləri isə övladlarının şəxsi həyatını ictimaiyyətdən qorumağa üstünlük verib.

Hafta.az olaraq 2025-ci ildə ata olmuş məşhurlardan bir neçəsi haqda söz açacağıq:

Vinsent Kassel

Fransız aktyor Vinsent Kassel və həyat yoldaşı Naranın 2025-ci ildə övladı olub. Lakin cütlük körpənin fotolarını nadir hallarda nümayiş etdirir. Anaları ilə çəkdirdikləri yeganə fotoda belə uşağın üzünü gizlədiblər.

Vinsent öz səhifəsində yazıb: “Görəsən, 7 yanvar 2025-ci ildə kim anadan olub?... Onsuz da ağıllı, sağlam və sevgi dolu bu oğlan dünyanın ən yaxşı adamı olacaq”.

Bu qısa şərh aktyorun övlad sahibi olması ilə bağlı söylədiyi yeganə açıqlamadır.

Rupert Qrint

“Harri Potter” filmlərindəki Ron Uizli rolu ilə dünyaya tanınan Rupert Qrint daha bir mühüm rola - atalığa da yiyələnib. O, İnstaqram səhifəsində körpə ilə cəmi bir şəkil yerləşdirib və bu sözləri yazıb: "Mənimlə tanış olun, bu Qoldi Qrintdir. Oğlan 10/10-dur".

Bu sadə və qısa, lakin mehriban sözlər bir çox pərəstişkarının ürəyini əritdi. Rupert övladı haqqında hələ ətraflı danışmasa da, pərəstişkarları onun gələcəkdə sehrli məktəbdə oxuyacağını zarafatla müzakirə edirlər.

Henri Kavill

Britaniyalı aktyor Henri Kavill “Argyle: Super Spy” filmindəki rolu ilə şöhrət qazanıb. Yalnız həyat yoldaşı Natali Viskuzo ilə Sidneydə gəzinti zamanı paparassilər tərəfindən çəkiləndən sonra cütlüyün övladı olduğu məlum olub.

"Mən çox həyəcanlıyam. Natali də, mən də çox həyəcanlıyıq" deyə Henri övladının doğulmasından qısa müddət əvvəl verdiyi müsahibədə bildirib.

Zaxari Levi

Aktyor Zaxari Levi sosial şəbəkələrdə ən aktiv ata olub. O, oğlu Hensonla keçirdiyi hər anını sevənləri ilə sevinclə bölüşür. Onun səhifəsi əsl “gənc ata bloqu”na çevrilib.

"Mən bu uşağı bütün varlığımla sevirəm. Mənə və Meqqiyə əmanət edilən bu gözəl balaca ruha və ata olmaq fürsətinə görə çox minnətdaram. Bu, çətin, lakin sevgi dolu gözəl səyahət kimi görünür", - aktyor yazıb.

Seçilən
33
hafta.az

1Mənbələr