ABŞ şirkəti havadakı karbon qazından istifadə edərək qalıqsız benzin istehsal edən cihaz hazırlayıb.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumatda qeyd olunub ki, təxminən sənaye soyuducusu ölçüsündə olan cihaz, illərdir mövcud olan birbaşa karbon tutma texnologiyasından fərqli şəkildə istifadə edir.
Mövcud texnologiyalar adətən karbonun tutulması və saxlanmasına diqqət yetirsə də, yeni cihaz həmin karbonu birbaşa yanacağa çevirir.
Cihazın bazara 2025-ci ilin payızında təqdim ediləcəyi gözlənilir.