AZ

“Əlimdən gələni sənə əsirgəməmişəm” – Şairə Nazilə Səfərlidən atasına səmimi sözlər

Şairə Nazilə Səfərli sosial media hesabında atası ilə birgə çəkilmiş fotosunu paylaşaraq ona ürəkdolusu sözlər ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, atasına olan sevgisini və hörmətini ifadə edən Səfərli paylaşımında bunları qeyd edib:

"Canım atam, səni sevirəm. Dağlarda, yamaclarda Allah sənə sağlam ömr versin. Məndən nə qədər razısan bilmirəm, amma əlimdən gələni sənə əsirgəməmişəm. Səni həmişə sağlam görüm. Allah doktor Anar Məmmədovdan da razı olsun ki, sağlamlığının keşiyində durur".

Qeyd edək ki, Nazilə Səfərlinin atası hazırda Gürcüstanda yaşayır.

Əsmətxanım

 


Telegram kanalımız
Seçilən
57
1
yenisabah.az

2Mənbələr