AZ

Los-Ancelesə hərbçilərin yerləşdirilməsi ABŞ-a 134 milyon dollara başa gələcək

BAKI, 11 iyun. TELEQRAF

Protestlərin baş verdiyi Los-Ancelesə Milli Qvardiya qüvvələrinin yeridilməsi ABŞ-nin dövlət büdcəsinə 130 milyon dollardan baha başa gələcək.

Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

"Hazırda hərbçilərin yerləşdirilməsi ilə bağlı xərclər 134 milyon dollar səviyyəsində qiymətləndirilir. Bu vəsait əsasən logistika, yaşayış və qida ilə bağlı xərcləri əhatə edir," – deyə Pentaqon rəhbərinin xüsusi köməkçisi Brin Ullakott Makdonnell bildirib.

Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə qanunsuz miqrantların kütləvi həbsi başlayıb. İyunun 7-si axşamına qədər miqrasiya qanunvericiliyini pozmaq ittihamı ilə azı 44 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının bu addımına cavab olaraq şəhərdə etiraz aksiyaları başlayıb və sonradan bu aksiyalar iğtişaşlara çevrilib.

ABŞ Prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusomu kənarda qoyaraq, iğtişaşları yatırmaq məqsədilə Los-Ancelesə Milli Qvardiya qüvvələrinin göndərilməsi barədə göstəriş verib.

Bundan sınra Qubernator Nyusom Tramp və Pentaqon rəhbəri Pit Hegsetə qarşı məhkəməyə müraciət edib. O, Milli Qvardiya qüvvələrinin Los-Ancelesə göndərilməsi qərarının qanunsuz hesab olunmasını tələb edir.

Seçilən
30
teleqraf.com

1Mənbələr