AZ

Tramp gülləkeçirməz şüşənin arxasında çıxış etdi: Hadisələri kimsə maliyyələşdirir

ABŞ prezidenti Donald Tramp Şimali Karolinada ABŞ əsgərlərinə müraciət edib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Los-Ancelesdəki hadisələrə diqqət çəkərək, “Ölkəmizin xarici düşmənlər tərəfindən işğalına icazə verməyəcəyik” deyib.

Los-Ancelesdəki hadisələrin kimlərsə tərəfindən maliyyələşdirildiyini deyən Tramp təhlükəsizlik qüvvələrinə hücumları “vəhşilik” adlandırıb.

Tramp maliyyələşdirilən tədbirlərin çox peşəkarcasına hazırlandığını və məsələnin təfərrüatlarının Ədliyyə Nazirliyi tərəfindən açıqlanacağını vurğulayıb.

Donald Tramp həmçinin bildirib ki, etirazçılar tərəfindən ABŞ bayrağının yandırılması həbs cəzası ilə cəzalandırılmalıdır.

ABŞ prezidenti qeyri-qanuni miqrasiyanın Avropa üçün təhlükəli ola biləcəyini də xatırladıb və bunun Avropa ölkələrinin tədbir görməsinin yaxşı olacağını bildirib.

Tramp hərbi obyektdə gülləkeçirməz şüşə arxasında çıxış edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
47
turkustan.az

1Mənbələr