ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
ABŞ-nin Alyaska ştatında keçirilən "Red Flag - Alaska" təlimləri zamanı Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus "KF-16" qırıcı təyyarəsi yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bildirilir ki, təyyarə havaya qalxmağa cəhd edərkən qəfil nasazlıq baş verib və iki pilot təcili şəkildə katapult edərək təyyarədən çıxmalı olub. Onlar xəsarət almasalar da, profilaktik məqsədlə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Hazırda Cənubi Koreya Hərbi Hava Qüvvələri insidentin səbəblərini müəyyənləşdirmək məqsədilə ABŞ tərəfi ilə sıx əlaqə saxlayır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.