AZ

DÇ 2026: Daha iki ölkə mundialda iştirakını təmin etdi

ain.az, Fanat portalına istinadən məlumat verir.

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 16-cı turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, tur daha iki yığma komandanın final mərhələsinə vəsiqə qazanması ilə yadda qalıb. 

Doğma divarlar arasında Paraqvaya 1:0 hesabı ilə qalib gələn Braziliya millisi mundiala vəsiqəni təmin edib. Karlo Ançelottinin baş məşqçisi olduğu “sambaçılar” qələbəni “Real Madrid”li Vinisius Juniorun vurduğu qolla qazanıb. Bununla da beşqat dünya çempionları 23-cü dəfə mundialda mübarizə aparacaqlar. Braziliya yeganə millidir ki, bütün çempionatlara qatılıb.

Səfərdə Peru ilə qolsuz heç-heçə edən Ekvador yığması da DÇ-2026-nın final mərhələsində iştirakını rəsmiləşdirib. 

Vəsiqəyə daha erkən sahiblənən son dünya çempionu Argentina isə Kolumbiya ilə bərabərə qalıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Qeyd edək ki, Cənubi Amerika zonasından mundiala 6 komanda birbaşa vəsiqə qazanır.

DÇ-2026

Seçmə mərhələ, Cənubi Amerika zonası

11 iyun

Boliviya – Çili 2:0

Argentina – Kolumbiya 1:1

Braziliya – Paraqvay 1:0

Uruqvay – Venesuela 2:0

Peru – Ekvador 0:0

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
fanat.az

1Mənbələr