Rusiya və ABŞ vizaların verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı əsaslı müzakirələr aparır.
Redaktor.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev deyib.
“Hazırda çox uzun bir ilə və ya daha çox olan vizaların verilməsi prosedurunun sadələşdirilməsi ilə bağlı əsaslı müzakirələr aparılır”, – deyə o, bildirib.
Diplomat qeyd edib ki, hazırda Rusiya vətəndaşları viza almaq üçün üçüncü ölkələrə getməyə məcbur qalırlar ki, yalnız Amerika konsuluna baxmaq üçün növbəyə dursunlar və lazımi sənədləri təqdim etsinlər. Prosedurun mürəkkəbliyinə baxmayaraq, onun sözlərinə görə, nəticə də təmin edilmir.
Aytəkin TOFİQQIZI