BAKI, 11 iyun. TELEQRAF
2025-ci ilin may ayında ailə başçısını itirməyə görə 194 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Onlardan 137 min nəfərdən çoxu pensiya, 57 min nəfərdən çoxu isə müavinət alıb.