Yəni Azər Məmmədov kağız üzərində baş məşqçi kimi təqdim olunsa da, əslində bu vəzifənin öhdəliklərini Kənan Kərimov yerinə yetirirdi. Bu halda Azər bəy qarşıdan gələn mövsümdə həmkarının köməkçisi olacaqdı. Buna səbəb Kənan bəyin A kateqoriyalı məşqçi olmaması idi.
Məsələnin nə yerdə qaldığını öyrənmək məqsədilə Azər Məmmədova müraciət etdik. Məlum oldu ki, qeyd olunan razılaşma artıq qüvvədən düşüb:
"Bəli, rəsmi sənədlərdə adım "Karvan"ın baş məşqçisi kimi göstərilirdi. Ancaq bu məsələ bağlandı. Hazırda "Karvan"la hansısa əlaqəm qalmayıb. Gələcəkdə nə olacağını bilmirəm. Son durum belədi".
KƏNAN BAHADIR