ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem (Rusiya Federasiyasında terrorçu və ekstremist siyahısındadır) Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək planlarını dəstəkləyib.
Editor.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində danışıb.
Siyasətçi yazıb ki, o, Aİ-nin Rusiyanın Ukraynadakı hərəkətlərinə görə antiRusiya məhdudiyyətlər tətbiq etmək qərarından “çox sevinir”.
“Bu paketi fərqli edən odur ki, o, Putinin döyüş maşınına dəstək verən Çin şirkətlərini hədəf alır. Rusiya neftinin 70%-ni alan Çin və Hindistan olmasaydı, Putinin döyüş maşını dayana bilərdi”, – Qrem deyib.
“Financial Times” ötən gün yazıb ki, Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində Rusiyadan idxal edilən neftin bir barelinin qiymətinin tavanını 60 dollardan 45 dollara endirməyi və “Şimal axını” daxil olmaqla Rusiyanın enerji infrastrukturundan istifadəni qadağan etməyi təklif edəcək.
FT mənbələrinin bildirdiyinə görə, Aİ bu ilin iyul ayının sonuna qədər Aİ ölkələrinin Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə razılığa gəlməsi ehtimalına nikbin baxır.
//Gülnarə Abasova, Editor.az