Bakı. Trend:
ABŞ ordusunda dronları vuran ağıllı optik cihazın tətbiqinəbaşlanılıb. Yüksək texnologiyalı optika “Smeş” (Smash 2000L -ing)adlanır və artıq iyunun 6-da Almaniyada ABŞ hərbi kontingentininiştirakı ilə keçirilən hərbi təlimlərdə əsgərlərə paylanılıb.
Bu barədə Trend“Fox News”a istinadən xəbər verir.
Cihaz çox bahalı olsa da, ABŞ ordusunda standart odlu silahsayılan M4A1 tipli avtomatın üzərinə keçirilir. O, səmada olanpilotsuz uçan aparatı yüksək dəqiqliklə zərərsizləşdirməyə imkanverir.
“Smash 2000L” optik cihazı İsrailə məxsus “Smart Shooter” MMCtərəfindən hazırlanıb və buna görə şirkətlə 13 milyon dollarhəcmində müqavilə bağlanıb.