AZ

Trampdan "QƏDDAR" ADDIM: Təhsil fondlarını KƏSİR

Ajans.az xəbər verir ki, bu məsələ Tramp ilə ştat qubernatoru Gavin Newsom arasında immiqrasiya və Milli Qvardiyanın bölgəyə göndərilməsi ilə bağlı yaşanan gərginlikdən sonra gündəmə gəlib. Kaliforniya məktəbləri hər il təxminən 8 milyard dollar federal maliyyə alır, bu vəsait aztəminatlı və xüsusi ehtiyaclı şagirdlər üçün istifadə olunur. Ağ Ev sözçüsü Kuş Desai bildirib ki, vergi ödəyiciləri “ölkənin çöküşünü maliyyələşdirməyə” məcbur edilməməlidir və Kaliforniya sığınacaq şəhərləri və cinayətə qarşı zəif siyasətləri ilə bu vəziyyəti dəstəkləyir. Hələlik konkret qərar verilməyib. Qeyd edək ki, ICE əməliyyatlarına qarşı keçirilən aksiyalarda gərginlik yaşanıb, bəzi avtomobillər yandırılıb. Tramp bölgəyə 4000-dən çox təhlükəsizlik qüvvəsi göndərib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
21
Ajans.az

1Mənbələr