AZ

Rubl devalvasiyaya doğru gedir: məzənnə bu cür dəyişəcək

Rublun hazırkı möhkəmlənməsi uzun sürməyəcək.

Publika.az xəbər verir ki, bu barədə məşhur rusiyalı investisiya bankiri Yevgeni Koqan məlumat verib.

Onun sözlərinə görə, bu gün artıq valyuta bazarında vəziyyətin dönüş nöqtəsinə yaxınlaşdığına dair əlamətlər var. Ekspertin fikrincə, artıq iyun-iyul aylarında bu sahədə ciddi dəyişikliklər başlayacaq.

Ekspert rublun devalvasiyasına hazırlığın əsas siqnallarından biri kimi Rusiya hakimiyyətinin ixracatçılar tərəfindən valyuta gəlirlərinin məcburi satışı tələbinin daha bir il uzadılması qərarını adlandırıb.

Bankirin izah etdiyi kimi, məmurların bu addımı valyuta bazarında yüksək volatillik gözlədiklərini və buna əvvəlcədən hazırlaşmaq istədiklərini göstərir. İnvestorun sözlərinə görə, “hakimiyyət hər şeyi başa düşür və buna hazırlaşırlar”.

Seçilən
45
publika.az

1Mənbələr