Ermənistandakı əksər revanşistsiyasətcilər fitnə-fəsad yuvası olan ErməniApostol kilsəsinin və kotalikosun müdafiəsinə qalxıblar. Belə ki, Xocalı qatili, Ermənistan Parlamentinin “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan çoxsaylı vətəndaşlarla birlikdə bütün ermənilərin katolikosunu dəstəklədiyini bildirib və Nikol Paşinyanın başlatdığı kilsə əleyhinə kampaniyanı pisləyib. “Xalqımız ayağa qalxmalı və buna imkan verməməlidir, çünki kilsəyə vurulan zərbə bizim kimliyimizə və tariximizə zərbədir”, - deyə Ohanyan Zvartnots hava limanında jurnalistlərlə söhbətində qeyd edib. Baş nazirin və komandasının hərəkətlərini dəyərləndirən Ohanyan bunları qeyd etdi: "Bu, imansız insanların addımlarıdır. Ona görə də xalqımız Kilsənin müdafiəsinə qalxmalıdır".
Surxay Əliyev