"Xeyr, hər şey qaydasındadır," - deyə Tramp vəziyyətlə bağlı narahat olub-olmadığı sualına cavab verib.
Los-Ancelesdə yerləşdirilmiş Milli Qvardiya qüvvələrinin nə qədər qalacağına dair sualı cavablandıran Tramp bildirib: "Təhlükə olmayana qədər. Təhlükə aradan qalxdıqda, onlar çıxacaqlar."
Eyni zamanda Tramp ABŞ prezidentinə aid olan ən sərt fövqəladə səlahiyyətlərdən birinin - üsyan zamanı ordu çağırmaq imkanının açıq qaldığını da qeyd edib:
"Əgər üsyan olsa, mən əlbəttə ki, (ordunu) çağıraram. Baxarıq," - deyə o, Associated Press-ə bildirib.
"Amma sizə deyə bilərəm ki, ötən gecə dəhşətli idi, ondan əvvəlki gecə də elə."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31