AZ

Yabanı halda bitmiş 20 tona yaxın çətənə və xaş-xaş kolu məhv edilib

Bakı, 11 iyun, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 10-da ümumi çəkisi 3,3 kiloqrama yaxın narkotik vasitə götürülüb, yabanı halda bitmiş 19,6 ton çəkidə 55 min 126 ədəd çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
55
3
azertag.az

10Mənbələr