18 yaşadək qızlardan ibarət basketbol üzrə Azərbaycan milli komandası bu gün Belarusun paytaxtı Minskdə uçub.

Offsideplus.az xəbər verir ki, məlumatı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti yayıb.

Səfərdə məqsəd Minskdə təlim-məşq toplanışı keçərək gələn ay Litvada baş tutacaq Avropa çempionatına hazırlaşmaqdır.

Qızlarımız bu təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.

Hazırlıq prosesinə iyunun 19-da yekun vurulacaq.