AZ

Lavrov: Rusiyanın Çin, Hindistan, MDB ölkələri ilə çoxlu mübahisəli məsələləri var

“Rusiyanın Çin, Hindistan və MDB ölkələri ilə bir çox mübahisəli məsələləri var, lakin təhdidlər və ultimatumlardan istifadə olunmasa, ədalətli maraqlar balansını tapmaq həmişə mümkündür”.

Editor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov deyib: “Əlbəttə ki, həm Çin və Hindistan kimi böyük qonşularımızla, həm də MDB ölkələri və Avrasiya İqtisadi Birliyi ilə əlavə diqqət və qarşılıqlı güzəşt tələb edən mübahisəli bir çox məsələmiz var. Əməkdaşlıq nə qədər sıx olarsa, hər kəsin öz maraqlarını bir az daha çox müdafiə etmək istədiyi bir o qədər çox məsələlər ortaya çıxır”.

“Ancaq təhdidlərə və ultimatumlara əl atmasaq, xüsusən onları praktikada həyata keçirməsək, ədalətli maraqlar balansını tapmaq həmişə mümkündür”, – deyə nazir vurğulayıb.

Lavrov həmçinin deyib: “Bu, Çin, Hindistan, qonşularımız, BRİKS və ŞƏT ölkələri, ərəb dünyasındakı tərəfdaşlarımız, bütövlükdə İslam dünyası, Afrika və Latın Amerikası ilə əlaqələrimizə də aiddir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
69
editor.az

1Mənbələr