AZ

ADNSU ilə Satbayev Universitetinin əməkdaşlığı genişlənir

İyunun 10-da Qazaxıstanın K.Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin Energetika və Maşınqayırma İnstitutunun direktoru professor Elemesov Kasım Koptleuyeviç və direktor müavini dosent Başkanbayeva Dinara Jumabayeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olublar.Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib.

Bildirilib ki, ADNSU ilə əməkdaşlıq çərçivəsində universitetə gələn qonaqlar rektor dosent Rüfət Əzizovla görüşüblər. Görüşdə əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi, birgə həyata keçiriləcək yeni elmi-tədqiqatlar və beynəlxalq əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Həmçinin qarşıdakı hədəflər nəzərdən keçirilib və iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlıq əlaqələrinin qənaətbəxş olduğu qeyd olunub.

 

 

 

 

 

Seçilən
9
1
tehsil.biz

2Mənbələr