Bakı, 11 iyun, AZƏRTAC
Bu ilin may ayında ailə başçısını itirməyə görə 194 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onlardan 137 mindən çoxu pensiya, 57 mindən çoxu isə müavinət alıb.