AZ

Basketbolçularımız Minskdə hazırlıq keçəcək

18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskə yola düşüb.

İdman.biz xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu komanda burada təlim-məşq toplanışı keçəcək.

Bu, Avropa çempionatına hazırlığın əsas mərhələsi hesab olunur. Basketbolçularımız Minskdə taktiki, texniki və fiziki çalışmalarla yanaşı, bir sıra yoxlama oyunları da keçirəcəklər.

Hazırlıq prosesinə iyunun 19-da yekun vurulacaq.

Qeyd edək ki, Avropa çempionatı iyulun 4-13-də Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq.

İdman.biz

Seçilən
30
1
idman.biz

2Mənbələr