AZ

ABŞ Milli Kəşfiyyat Direktorundan pis xəbər: “Dünya nüvə münaqişəsinin astanasındadır”

“Dünya nüvə münaqişəsi astanasındadır və bəşəriyyət tamamilə məhv ola bilər”.

Editor.az xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard özünün YouTube kanalında deyib.

“Bu gün biz nüvə məhvinin astanasına hər zamankindən daha yaxınıq. Siyasi elitalar və müharibəni qızışdıranlar ehtiyatsızlıqla nüvə gücləri arasında qorxu və gərginlik alovunu yandırırlar”,- deyə o bildirib.

Bu vəziyyətin dünya elitalarının, adi insanlardan fərqli olaraq, özləri və ailələri üçün nüvə sığınacaqlarına sahib olduqlarına dair xəyali bir inanca sahib olduqları üçün mümkün olduğunu qeyd edən Qabbard deyib: “Ona görə də biz insanlar səsimizi ucaltmalı və bu çılğınlığa son qoyulmasını tələb etməliyik”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
58
editor.az

1Mənbələr