“Macarıstan rəhbərliyi Gürcüstan hökumətinin bütün üzvlərini qəbul edəcək. Bu, iki ölkə arasında siyasi əlaqələri gücləndirmək üçün mühüm görüş və tərəfdaşımızla bütün istiqamətlərdə dialoq aparmaq üçün ən yaxşı imkandır”.
Hafta.az-ın yazdığına görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, iki ölkə arasında hökumətlərarası sammitin ilk iclası Gürcüstanda keçirilib.
"Gürcüstan və Macarıstanın növbəti hökumətlərarası sammiti Macarıstanda keçiriləcək. Bu, iki ölkə arasında siyasi əlaqələri gücləndirmək üçün çox mühüm görüşdür və əlbəttə, tərəfdaşımızla bütün sektorlarda və bu dialoq çərçivəsində əməkdaşlığın gücləndirilməsi, bir çox maraqlı layihələrin icrası məqsədilə dialoq aparmaq üçün ən yaxşı fürsətdir”, - XİN başçısı deyib.