AZ

“Pul üçün etdim”

Kolumbiyada prezidentliyə namizədə sui-qəsd cəhdi edən 15 yaşlı hücumçu ittihamları rədd edib. Ölkə mətbuatı uşağın həbsi zamanı “Pul üçün etdim” qışqırdığını yazıb.

Prokurorluq açıqlamasında hücumçunun “qəsdən adam öldürməyə cəhd və qanunsuz silah saxlama” ittihamlarını rədd etdiyini və günahsız olduğunu bildirib.

Prokurorluq hücumçunu azyaşlı olduğu üçün həbs cəzası əvəzinə 8 il reabilitasiya gözlədiyini açıqlayıb.

***

Kolumbiya mətbuatı hücumçunun yerli bir narkotik satıcısı tərəfindən işə götürüldüyünü iddia edib.

Senator Miqel Uribe Turbay şənbə günü paytaxt Boqotoda mitinq zamanı 15 yaşlı hücumçu tərəfindən 6 dəfə vurularaq başından və ayağından ağır yaralanıb.

Xəstəxanaya çatdırılan Uribenin vəziyyəti hələ də ağırdır.

Seçilən
63
vaxt.az

1Mənbələr