AZ

Təbii mineral sulara dair sanitariya qaydaları təsdiqlənib

Bakı. Trend:

Təbii mineral sulara dair sanitariya norma və qaydaları təsdiqedilib.

Trend xəbərverir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyininsədri Qoşqar Təhməzli müvafiq qərar imzalayıb.

Qərara əsasən, mikrobioloji göstəriciləri baxımından təmiz, hərhansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilənvə ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zənginolan (sonradan tərkibinə əlavə mineral komponentlər əlavəedilməyən) təbii su təbii mineral suhesab ediləcək.

Təbii mineral sular dəyişməyən mineral və mikroelement tərkibibaxımdan, mikrobioloji cəhətdən təmiz və sabit temperatura malikolması ilə içməli sudan fərqlənir və mühafizə zonasına uyğun olaraqçirklənmə riski yaradacaq mənbələrdən mühafizə edilir.

Qablaşdırılmış təbii mineral suyun mineral tərkibi, temperaturu,elektrik keçiriciliyi və xarakterik xüsusiyyətləri mövsümləəlaqədar təbii kənaraçıxmalar nəzərə alınmaqla yatağındakı su iləeyni olmalıdır.

Dezinfeksiya aparılması və bakteriostatik elementlərin əlavəedilməsi və ya təbii mineral suyun canlı mikroorqanizm koloniyasısayını dəyişdirə biləcək digər prosedurların aparılmasına yolverilməyəcək.

Təbii mineral sulardan alkoqolsuz içkilərin hazırlanmasına yolveriləcək.

Təbii mineral suyun qablaşdırılmasında aşağıdakı tələblərə cavabverən çoxdəfəlik və birdəfəlik qablaşdırmadan istifadəolunacaq:

  • çoxdəfəlik qablaşdırmalar ən az 55-700C temperaturda su vətəmizləyici vasitə ilə əllə toxunmadan tam avtomatik yuyula bilən,istifadə və yuyulma nəticəsində deformasiyaya uğramayan keyfiyyətdəolmalıdır;
  • çoxdəfəlik polikarbonat qablaşdırmalarda suyun adı və qabınistehsal tarixi qabın istehlakçıya görünən hissəsində qabarıqşəkildə yazılmalıdır;
  • çoxdəfəlik polikarbonat qablaşdırmalarda şirkət adı, əmtəənişanı yazılmasına da yol verilir. Bu qablar hər hansı mineralsuyun qablaşdırılması üçün istifadə olunduğu halda həmin qablardigər fərqli su və ya içkinin qablaşdırılmasında istifadə olunabilməz;
  • çoxdəfəlik polikarbonat qablaşdırmalarda satışı həyatakeçirilən mineral suların yararlılıq müddəti 3 aydan artıqolmamalıdır;
  • birdəfəlik qablaşdırmalar təkrar olaraq mineral sularınqablaşdırılmasında istifadə edilməməlidir.

Təbii mineral sularda polikarbonat bidon istifadə edildikdəistehlakçını yanıldan halların baş verməməsi və məhsuluntəhlükəsizliyinin təmin edilməsi üçün qablaşdırma və qapaq üzərinəhava və su keçirməyən şəkildə şrink vurulacaq.

Təbii mineral suların etiketində suyun adı, suyun növü, miqdarı(həcmi), suyun çıxarıldığı yatağın adı və yerləşdiyi ünvanı,saxlanma şərtlərinə dair xəbərdarlıqlar, etiket məlumatlarınınoxunmasına mane olmayan formada şəkil və fiqur, suya tətbiq olunanproseslər (o cümlədən, dekantasiya (süzmə)), təbii mineral suyuntərkibindəki anion və kation tərkibi (flüor, bikarbonat, xlorid,sulfat, kalsium, kalium, natrium və dəmir), istehsal tarixi və sonistifadə müddəti və ya yararlılıq müddəti göstərilməlidir.

Təbii mineral suyun adı suyun mənbəyinin adını və ya suyunçıxarıldığı mənbənin yerləşdiyi yeri əks etdirmədiyi halda, suyunçıxarıldığı mənbənin adı və ya suyun mənbəyinin yerləşdiyi yerinadı suyun adının yazıldığı sahədə göstərilməlidir.

Məlumat üçün bildirək ki, qərar mayın 20-də qəbul edilib, iyunun4-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, noyabrın 20-dəqüvvəyə minib.

Seçilən
53
az.trend.az

1Mənbələr