“Mançester Siti” heyətini yeni qapıçı ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “şəhərlilər” “Çelsi”dən Markus Bettinellini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Bettinelli 2021-ci ildən “Çelsi”də çıxış edir. O, əsas komandada cəmi 1 oyuna çıxıb.