ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və Avropa ölkələri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (BAEA) Rəhbərlər Şurasına rəsmi olaraq İranı nüvə proqramı üzrə öhdəliklərinə əməl etmədiyinə görə qınayan qətnamə layihəsi təqdim ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə AFP-yə diplomatik mənbələrdən məlumat verilib.
Qətnamənin mətninə əsasən, İrandan “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə öhdəliklərinin bütün pozuntularını dərhal aradan qaldırması” tələb olunur. Sənəddə həmçinin İranın bir sıra məsələlərlə bağlı beynəlxalq ekspertlərə tutarlı izahat verməməsindən “dərin təəssüf” ifadə edilir.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, mayın sonunda MAQATE İran tərəfindən “ümumi əməkdaşlıq çatışmazlığına” işarə edən hesabat dərc edib. Xüsusilə, elan edilməmiş obyektlərdə aşkar edilmiş nüvə materiallarının mənşəyi ilə bağlı suallara cavab verməkdən imtina, eləcə də bəzi obyektlərdə sübutların aradan qaldırılması etimalı barədə idi.
Qətnaməni rəsmi olaraq nəzərdən keçirmək üçün MAQATE-nin Rəhbərlər Şurasının iclası çərşənbə axşamından tez olacağı gözlənilmir.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.